27 January 2021 Wednesday
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79-1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.
Toçka –U” opeartiv-taktiki raketlər komandirlər üçün düşmənin təmas xəttindən aralıda yerləşən obyektlərinə, komanda məntəqələrinə, qoşunlarının cəmləşdiyi nöqtələrə, anbarlara və aerodromlara dəqiq zərbə endirmək üçün vasitədir. Bu zaman komandirlərə hədəf üzərindəki hava məkanına nəzarət etmək gərək deyil. Bu raketlərdən habelə hədəfə nüvə başlığını və kimyəvi başlığı da çatdırmaq üçün istifadə etmək mümkündür.
Bu raketlər soyuq müharibə dövründə, Karib böhranında rol oynayıb. Lakin onun əsas çatışmayan cəhəti hədəfi dəqiq vurmaması idi. Raketin hədəfdən yayınma radiusu 500-700 metrə çatırdı. Başqa sözlə, əgər kimsə bu raketlə böyük binanı vura bilsəydi ona ancaq tərif düşürdü. Raketin uçuş məsafəsi cəmi 70 kilometr olduğundan onu təmas xəttinə yaxın yerləşdirmək lazım idi ki, düşmənin arxasındakı hədəfləri vurmaq mümkün olsun. 1975-ci ildə “Toçka” raketlərinin ilk versiyası silahlanmaya daxil olub. Bu raketlər hədəfi daha dəqiq vura bilirdi, hədəfdən yayınma radiusu 150 metr təşkil edirdi. İndiki göstəricilərə görə buna dəqiq vuran raket demək olmaz, ancaq o vaxtkı göstəricilərə görə bu, pis sayılmazdı. Uçuş radiusu isə 70 kilometr olaraq qalırdı.
Nəhayət 1979-cu ildə “Toçka-U” raketləri-bu raketlərin daha mükəmməl versiyası silahlanmaya daxil olub. Yanacağın komponentlərinin dəyişməsi sayəsində uçuş məsafəsini 120 kilometrə qədər artırıblar. Radilokasiya sistemlərinin və CPS qlobal naviqasiya sisteminin sayəsində hədəfdən yayınma da azalıb, 90 metr təşkil edib. Sonradan hədəfdən daha az-70 metr yayınan “Toçka-M” raketlərini də işləyib hazırlayıblar, lakin Rusiya Müdafiə Nazirliyi bundan imtina edərək “İsgəndər” raketlərinə üstünlük verib. Dünyanın bir çox ölkələrinə satılan “Toçka-U” raketləri üçoxlu start qurğusu üzərində daşınır. Kompleks mobildir, saatda 60 kilometr sürətlə hərəkət edə, yolsuzluq şəraitində gedə və su maneələrini keçə bilir. “Toçka” kompleksini döyüş tətbiqi nöqtəsinə 15 dəqiqəyə çatdırmaq mümkündür. Yeni raketin yüklənməsi isə 20 dəqiqə vaxt aparır. Kompleksin tərkibinə daxil olan Zil-131 avtomobili əlavə raketləri daşıyır və raketi kompleksə yerləşdirmək üçün sistemlə təchiz olunub. Döyüş başlığına gəldikdə isə qəlpəli-fuqas başlığın ağırlığı 120 kiloqramdır. Raketdə habelə 50 qəlpəli döyüş elementindən ibarət kaset başlıq da yerləşdirmək olar. Bu döyüş elementləri 200 metr radiusda qəlpə yağdırır. Kaset döyüş başlığında tank və aerodrom əleyhinə də elementlər yerləşdirmək mümkündür. Bundan əlavə, raket gücü 10 kilotondan 60 kilotona qədər olan AA-60 taktiki nüvə başlığını da hədəfə çatdıra bilir.
Daha ekzotik variantlar da var. Elektromaqnit impulslu döyüş başlığı havada partlayır və bütün elektronikanı sıradan çıxarır. O cümlədən RLS-lərin şüalarını qarışdıran radiolokasiya əleyhinə idarəolunan raketlər də var. Dünyanın qaynar nöqtələrində ballistik raketlərin əksəriyyəti indiyədək tətbiq edilməyib, ancaq “Toçka” bir çox qaynar nöqtələrdə böyük dağıntılara və tələfata səbəb olub. İlk dəfə bu raketlər döyüş şəraitində 1994-cü ildə Yəmənin şimalı ilə cənubu arasında gedən döyüşlərdə tətbiq olunub. Şimali yəmənlilər Səudiyyənin dəstəklədiyi cənublulara bu raketlərdən zərbələr endiriblər və cənublular sonda müharibəni uduzublar. Birləşmiş Yəmən silahlı qüvvələri bu raketləri saxlamışdı, ancaq 2014-cü ildə bu raketlər qiyam qaldırmış və İranın dəstək verdiyi husilərin nəzarətinə keçdi.
Yəmən Respublika qvardiyasının husilərin tərəfinə keçmiş hissələrinin nəzarətində olan “Toçka” raketləri Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının bazalarına zərbələr endirdi. 2015-ci il sentyabrın 4-də “Toçka” raketi Səudiyyə ordusunun Marib məntəqəsindəki bazasına düşüb, koalisiya qüvvələrinin 73 hərbçisi həlak olub. O cümlədən onlarla hərbi texnika sıradan çıxarılıb. Həmin il dekabrın 14-də husilərin tərəfində olan qüvvələrin “Toçka” raketi ilə endirdiyi zərbə nəticəsində Babül-Məndəbkörfəzində ərəb koalisiyasının 100-dən çox hərbçisi, o cümlədən Səudiyyə Ərəbistanıordusunun xüsusi təyinatlı qüvvələr komandanı həlak olub. Bundan bir ay sonra “Toçka” “Əl-Anad” aviabazasını vurub, pilotsuz aviasiyanın idarəetmə sistemini sıradan çıxarıb və 100-dən çox hərbçinin həyatına son qoyub. Səudiyyə Ərəbistanı tərəfindən görülən əks tədbirlərə baxmayaraq bu zərbələr endirilib. Hansı ki, Səudiyyəyə və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Petriot” sistemləri husilərin atdığı 20-dən çox ballistik raketləri, əsasən “Toçka” raketlərini havada zərərsizləşdirə bilmişdi. Habelə raketlər döyüş tətbiqi zonasına çıxarılanda onlara hava zərbələri endirilmişdi. Buna baxmayaraq husilərin raket yağışının qarşısını tam almaq mümkün olmayıb. Elə ötən ay Səudiyyə ordusunun 3 “Toçka” raketini “Petriot”lavurduğu və bir start kompleksini məhv etdiyi açıqlanmışdı. Daha 3 raket isə Yəmən və Səudiyyə Ərəbstanındakı hədəfləri vurmuşdu.