Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

Oğuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var
Oğuzda avtomobil qəzası olub, xəsarət alanlar var

Bu gün günorta saatlarında "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində Ağcabədi rayon sakinləri 1988-ci il təvəllüdlü Tahirova Elnarə Əkbər qızı, 2017-ci il təvəllüdlü Tahirli Yusif İmran oğlu, 1958-ci il təvəllüdlü Tahirov Şirxan Məhəmməd oğlu və 1997-ci il təvəllüdlü Bəylərli Səkinə Aslan qızı ağır xəsarətlərlə öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır