Oğuzda yol qəzası baş verib : ölən və yaralananlar var

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub

Oğuzda yol qəzası baş verib : ölən və yaralananlar var

Hadisə Sincan kəndində qeydə alınıb.

"VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov hadisə yerində ölüb.

Qəza zamanı daha 3 nəfər isə xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.