Nurməhəmmədov və Makqreqor revanşının vacibliyindən danışıldı

Nurməhəmmədov və Makqreqor revanşının vacibliyindən danışıldı

27 23.01.2021 - 11:30 Category
Nurməhəmmədov və Makqreqor revanşının vacibliyindən danışıldı

UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında revanş görüşünün keçirilməsinin vacib olmasının səbəbini açıqlayıb.

  • Bu barədə “BJPenn” məlumat yayıb.
Bu döyüş çox pul gətirər. Aydındır ki, hər iki döyüşçü bu qarşılaşmadan yaxşı qazana bilər. Bunu ilk səbəb adlandıraq. İkinci səbəb - revanş onların ikisi üçün də vacibdir. Konorun yerində olsan, keçmiş məğlubiyyətə görə qisas almaq istəyərsən, Həbibin yerində olsan isə həqiqətən güclü olduğunu sübut etmək üçün Makqreqoru ikinci dəfə udmaq istəyərsən”, - deyə D.Uayt bildirib.
  • Qeyd edək ki, Həbib Nurməhəmmədov dəfələrlə bir daha peşəkar rinqə qayıtmayacağını açıqlayıb. 

Oxşar Xəbərlər