Qızardılmış kartof və krevetka

Qızardılmış kartof və krevetka

84 03.10.2020 - 14:38 Category
Qızardılmış kartof və krevetka

Tərkibi

500 qr krevetka
5-6 ədəd kartof
200 qr suxarı
200 qr qarğıdalı unu
2 ədəd yumurta
duru yağ
duz
  • 1. Krevetkalar yaxşı yuyulur və suyu süzülür.
  • 2. Üzərinə çıxana kimi su tökülüb 4-5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra suyu süzülüb soyudulur.
  • 3. Yumurta, qarğıdalı unu, suxarı ayrı-ayrı qaba tökülür.
  • 4. Krevetkanı qızartdıqda əvvəlcə duz vurulur, sonra qarğıdalı ununa batırılır, sonra yumurtaya və sonda suxarıya batırılıb yağda qızardılır (tavada yağ çox olarsa daha krevetka daha yaxşı qızarar və xırt-xırtlı olar).
  • 5. Kartofu qızartmaq üçün ilk növbədə kartofun qabığı tmizlənir, yaxşə yuyulub dilimlənir.
  • 6. Yağ tavada qızdırılır, kartofa duz vurulur və qızardılır.
  • 7. Yemeyi zövqə görə ketçup, mayonez və ya başqa soslarla da yemək olar.

Nuş olsun!

Oxşar Məqalələr