Şəhid Məhəbbət Paşayev haqqında

Şəhid Məhəbbət Paşayev haqqında

28 04.06.2021 - 18:28 Category
Şəhid Məhəbbət Paşayev haqqında

2‑ci Vətən müharibəsində Oğuz rayonun ilk şəhidi Paşayev Məhəbbət Vaqif oğlu 1999‑cu ildə avqustun 5‑də Şəki rayon Bolludərə kəndində anadan olmuşdur. 2005‑ci ildə həmin kənddə məktəbin 1‑ci sinifinə getmişdir. 2006‑cı ildə ailəsi ilə birlikdə Oğuz rayonuna köçmüş və həmin ildə Oğuz rayon 3 nömrəli tam orta məktəb liseyində təhsilini davam etdirmişdir.2016‑ci ildə tam orta məktəbi bitirmişdir.26.04.2018‑ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər kimi xidmətə başlayıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirmiş. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülmüşdür.1 oktyabr 2019‑cu ildə hərbi xidmətini uğurla başa vurmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra yenidən 08.09.2020‑ci il tarixində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE kimi işləməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərində savaşıb. Mehebbet Pasayev 29.09.2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Məhəbbət Paşayev sentyabr ayının 30-da Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəbbət Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Oxşar Məqalələr