Harop Pualari

Harop Pualari

234 29.10.2020 - 18:44 Category
Harop Pualari

IAI Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır və gəzən sursatdır. 

IAI Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop özünün əvvəlki versiyası sayılan IAI Harpy-nin daha böyük versiyasıdır. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Öncələr qeyd olunduğu kimi Haropun iki növ idarəetmə üsulu vardır: Avtonom və ya bazadan idarəedilmə. Harop avtonom rejimdə özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən Haroplardan məhz bu üsulla istifadə edilmişdi. Nəticədə bir çox hədəf dəqiqliklə məhv edilmişdir. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. 5 hərbçi yerindəcə öldü, 2-si isə sonradan xəstəxanada keçindi. Düşmən Harop hücumunu aşkarlayıb radarın siqnal yaymaması üçün söndürsə belə, Haropun elektro-optik sensorlarının sayəsində o hədəfi vizual olaraq izləyir və vurur. Əgər hədəf müəyyən olunmazsa Harop avtonom olaraq bazaya qayıdır. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - Döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. IAI daha kiçikölçülü əməliyyatlar üçün 2015-ci ildə Haropun daha kiçik versiyasını hazırladı. Təqribi məlumata görə yeni kiçik dron Haropun 1/5 həcmində olacaq və daha kiçik - 3-4 kiloqramlıq əsas döyüş başlığı daşıyacaqdır. Bu dron daha ucuz olmaqla yanaşı tez-tez itən hədəflərə qarşı və zaman məhdudiyyətli əməliyyatlarda istifadəsi nəzərdə tutulur.
  • Xarakteristikalar
  • Ekipaj: 0
    Uzunluq: 2.5 metr
    Qanad ölçüsü: 3 metr
    Məsafə: 1000 kilometr
    Sürət: 185 kilometr/saat
    Havada qalma müddəti: 6 saat
    Ümumi çəkisi: 135 kiloqram
    Döyüş başlığı: 23 kiloqram
İstifadəçiləri Azərbaycan, Hindistan və İsraildi.

Oxşar Məqalələr