Qəmli Sevgi Hekayəsi

Qəmli Sevgi Hekayəsi

947 28.09.2020 - 10:29 Category
Qəmli Sevgi Hekayəsi

Bu sevgi macerasında göyə baxmaqdan qorxan bir qızın başına gələnlərdən bəhs olunur.

Bir gün qız sevgilsilə söhbət edərkən hündürlükdən qorxduğunu deyir. Oğlanda insanın qorxuları ilə üzləşməli , mübarizə aparmalı olduğunu deyir və deyir gəl mən sənə kömək edim. Sabahısı gün oğlan qızı paraşut meydançasına aparır. Hər şey hazır olduqdan sonra təyyare havaya qalxır, qız qorxudan tir-tir əssədə, oğlan onu qucaqlayıb, onu sevdiyini ve yanında olduğu üçün qorxmamasını deyir. Qız təcrübəsiz olduğundan oğlana bağlanır, qız nə qədər tərəddüt etsə də ikisi birlikdə təyyarədən tullanırlar. Qız ilk başlarda qışqırır, ağlayır, lakin oğlan əlindən tutur, onu sevdiyi, yanında olduğunu deyir. Bir müddet sonra qız sakitləşməyə başlayır. Artıq paraşutun açılma vaxtı çatır, qız hər şeyin yaxşı sona çatdığına sevinir, artıq bir o qədər qorxmurdu yerə bir qədər yaxınlaşmışkən birdən paraşutun iplərindən biri qopur və onlar sürətlə yerə doğru gəlirlər. Oğlan o an necə böyük səhv etdiyini anlayır və öz səfhini bərpa etmək və sevgilisini qorumaq üçün əvvəlcə sevgilisini ona bağlayan ipi kəsərək aralarındakı bağı kəsir, daha sonra havada bir həmlə edərək sevgilisini üstünə çıxardır, Beləliklə yerə çatdıqlarında oğlan birinci yerə dəyəcək, sevgilisini əlləri ilə bir az yuxarı da saxlayaraq zərbəni azaldacaq və onu xilas edəcəkdi. Belə də olur yerə dəydikdən sonra qız elə də böyük zədə almır, lakin oğlan qızın ağırlığı ilə böyük bir zərbə alır və elə oradaca vəfat edir. O gündən sonra qız göy üzünə baxmamış və nə vaxt təyyarə səsi eşitse ağlayarmış.

Oxsar Hekayeler