27 January 2021 Wednesday
Sakit, isti bir yay günü idi. Onlar əl-ələ tutub yolun qırağında gəzirdilər. Küçədə işıqlar, maşınların səsləri və sərin külək var idi. Onlar bir yerdə idilər və bir-birilərini sevirdilər.
Xəstəxana...... Bu divarlar necə də oğlana ağır gəlirdi. O, bir dəqiqə də olsun qızın başının üstündən ayrılmırdı və onun ayılmağını gözləyirdi. Bu dəfə otağa tibb bacısı daxil oldu. Oğlanı yanına çağırdı və palatanı tərk etdilər.
O yaşayacaq hə? –oğlan soruşdu. Tibb bacısı-Biz əlimizdən gələn hər şeyi edirik ki, onu xilas edə bilək. Mən sizə yalvarıram mənim ondan başqa heç kimim yoxdur. Onu xilas edin. Tibb bacısı: Söz verirəm ki, əlimdən gələn hər şeyi edəcəm.
Oğlan göz yaşlarını silərək palataya qayıtdı. Bu zaman qız başa düşdü ki, nəsə baş verir. Ancaq özü də başa düşürdü ki, sağ qalmaq ehtimalı çox azdır.
Birdən qızın pulsu dayandı. Və sanki ruhu bədənindən ayrılaraq göylərə uçdu. Həkimlər tez qaçaraq gəldilər, amma artıq gec idi Ürək döyünmürdü. Qız hiss elədi ki, kimsə onun əlindən tutdu-bu onun anası idi. Xahiş edirəm ana bir neçə dəqiqə də qoy qalım getmiyim. - Qızım artıq vaxtdır biz getməliyik!!! Qız sonuncu dəfə sevgilisinə baxdı. Sanki onda da anasında olduğu kimi qanadları əmələ gəldi. Oğlan sanki dəli kimi olmuşdu hələ də inana bilmirdi. Lakin qız söz verdiyi kimi onu tərk etmədi. Onun ruhu hər gün onun yanında idi və sanki onu izləyirdi. O hər gün qızı düşünürdü: onu necə möhkəm sevdiyini, necə öpdüyünü o xoş günlərini. Bir qış gecəsi o pəncərənin şüşəsinə söykənərək bayıra tamaşa edirdi. Onun isti nəfəsi şüşədə par yaradırdı. Və sanki nəfəsi ilə şüşəyə yazırdı: Mənə necə də sənsizlik ağırdı, hər şeyimi qurban verərdim, yenidən səni görmək üçün, yenidən səni qucaqlamaq üçün, ya məni də özünlə apar ya da qayıt!!! Birdən şüşənin əks tərəfində oğlanın adı yazıldı. Bu o idi- sevgilisinin onu çağırdığını hiss edərək dayana bilməmişdi. Oğlan uşaq kimi, sevinir, qışqırırdi, bu ondan asılı deyildi. Şüşənin əks tərəfində damcılar əmələ gəlirdi ki, bu da qızın göz yaşını əks etdirirdi. Bu dünyanın ən saf, ən təmiz sevgisi idi. Bunu sözlərlə başa salmaq qeyri-mümkün idi, bunu hiss etmək lazım idi. Sanki bu mələyin insana qarşı olan sevgisi idi. Şüşədə kiçik naxışlar əmələ gəlməyə başladı ki, bu da qızın gözəlliyini əks etdiridi. Həmin gözlər idi ki, oğlan sonsuzacan baxmaq istəyirdi, həmin dodaqlar idi ki, toxunmaq istəyirdi. Ancaq şüşəyə toxunanda o yalnız buz kimi şüşəni hiss edirdi.
Nəyə görə dünya belə haqsız və qəddardır? Bir-birini dəlicəsinə sevən bu iki gənc nəyə görə ayrı qalmalı idilər. Artıq ALLAH da bu sevginin təkbaşına mümkünsüzlüyü görürdü. O da oğlana və qıza qarşı laqeyd qala bilmirdi. Baxmayaraq ki, ALLAH buyurmuşdu: O qızın mələk olmasını amma bunu bacara bilmədi. ALLAH qıza yeni həyat verdi ki, onlar yenidən qovuşsunlar. Bu isə belə oldu. Bir səhər onlar həmişəki kimi, yenə birlikdə yuxudan ayıldılar. Onlar heçnə yadlarına sala bilmirdilər, hərşeyi unutmuşdular, bilirdilər ki, nəsə baş verib amma xatırlaya bilmirdilər. Bu möcüzəni ALLAH istəmişdi. Ancaq şüşədə onların adları par şəklində qalmışdı, hansını ki, özləri yazmışdı. İndiyənəcən də onlar bizlərin arasında yaşayırlar. Əgər nə vaxtsa onların sevgisindən daha saf, daha möhkəm, daha əbədi sevgi olarsa ALLAH da onları mələyə çevirəcək!!!