Qoç Bürcünün başqa bürclərlə uyğunluğu

Qoç Bürcünün başqa bürclərlə uyğunluğu

Admin 05.11.2020 - 12:14 Category
qoc-burcunun-basqa-burclerle-uygunlugu

Qoç bürcünün digər bürclərlə nigah uğunluğu (Sevgi Testi)

  • Qoçla - Qoç
  • Bu bərabərlik çox enerjili və həyəcanlı olacaq. Qoçların güclü fikirləri vardır. Hər şeydən əvvəl mən deyərək hərəkət edərlər. Aranızdakı güc döyüşündən xilas ola bilsəniz, birlikdə çox əylənə bilərsiniz. Bir-birinizlə yarışmayın və rəqabət duyğunuzu xarici dünyaya yönəldin. İki Qoçun birliyindən qığılcımlar çıxa bilər. Əl ələ verdiyiniz təqdirdə çox şey bacara bilərsiniz. İkinizdə hər vaxt böyük düşünərsiniz, çata bilməyəcəyiniz heç bir hədəf yoxdur. Risk almağı sevən, təşəbbüskar Qoç ilə ortaq ola bilərsiniz. Təki bir-birinizə ağıl verməyə cəhd etməyin. Qoç bürcü özünə ağıl verilməsindən ya da əmr almaqdan nifrət edər. Bu maneəni aşa bilsəniz birlikdə böyük müvəffəqiyyət əldə edə bilərsiniz. İkiniz də atəş elementisiniz. Praktik sayılmazsınız və ayaqlarınız yerə möhkəm basmaz. Doğum xəritənizdə torpaq elementi bürclər varsa əlaqəniz üçün yaxşı olacaq. İkinizdə gözü bağlı risk almağı sevdiyiniz üçün çətin vəziyyətdə qala bilərsiniz. Odlu alovlu Qoç bürcünün seks həyatı mükəmməl getmirsə aldadıldığından şübhələnməyə başlar. Tələskən və səbirsiz Qoç bir az yavaşlayıb seksdən ləzzət almağı öyrənməlidir. Başlanğıcda çox atəşli ola bilərlər, lakin daha sonraları həddindən artıq qısqanc davranışlarla bir-birlərini məhdudlaşdırmaq istəyə bilərlər. Bu da cütlərin bir-birlərindən uzaqlaşmalarına səbəb olacaq.
  • Qoç - Buğa
  • Qoç hər vaxt tələskən davranar. Buğa bürcü sizdən çox fərqlidir. Buğa bürcünün öz vəziyyətini anlamaq vaxtını alacaqdır, riskə girməyi sevməz, addımlarına diqqət yetirər və təhlükəsizliyinə çox düşkündür. Etibarlı Buğa bürcünün sinirləri Qoçunku qədər möhkəm deyil, buna görə aranızda gərginliklər ortaya çıxa bilər. Buğa bürcü çox yavaşdır. Bu bəzən möcüzəli (yataqda), bəzənsə yaxşı olmayan (ev satın alarkən) nəticələr doğura bilər. Qadın və kişi Buğalar seksdən əvvəl ən yaxşı başlanğıcın yaxşı bir yemək olduğunu düşünərlər. Buğa sevgilinizin çox xoş və sakitləşdirici bir səs tonu vardır, eyni zamanda çox yaxşı masaj edə bilir. İşıqlar söndüyü zaman olduqca həssas, şəhvətli, mehriban bir sevgiliniz olduğunu fərq edəcəksiniz. Tələskən Qoçun bu vəziyyətdə yavaşlamağı və əndazədən çıxmamağı lazımdır. Qoçun ildırım sürətini ancaq cazibədar Buğanın oxşayışları yavaşlada bilər. Siz isə bəzən çox ciddiləşən Buğanın həyatına sürpriz və əyləncə qata bilərsiniz. Hər şeyə baxmayaraq şəhvətli Buğanın yanında özünüzü cənnətdə hiss edə bilərsiniz. Buğanın son dərəcə məhsuldar, praktik və yaxşı pul qazanan biri olduğunu görəcəksiniz. Sizin macəraçı ruhunuz ilə onun evdə oturmağı sevən sakit təbiəti zidd düşəcək. Buğa vərdişlərinə və ev həyatına o qədər bağlıdır ki, onu evinin xaricinə çıxarmanız harada isə qeyri-mümkündür. Sizin hərəkətli təbiətinizlə onun sakit təbiəti əslində heç uyğun gəlməməkdədir. Qısa bir müddət içində ondan sıxıla bilərsiniz.
  • Qoç - Əkizlər
  • Əkizlər xoşunuza gəlmiş ola bilər. Bəli o tam sizə görə biridir. Simpatik Əkizlərin paylaşacaq çox sevinci vardır. İkinizdə tez sıxılar və yeni həyəcanlar axtararsınız. Eyni anda bir çox şeyi birdən idarə edə bilərsiniz. Danışqan, hərəkətli, aktiv və bir çox yoldaşı olan Qoç və Əkizlər bir-birinə çox uyğundur. Hər gün baş sındırdığınız fərqli mövzular haqqında alovlu müzakirələr edərsiniz. Yeni fikirlər bu əlaqədə heç əskik olmayacaq, bu fikirləri qiymətləndirməyə çalışın. Əkizlərin ağızından sözlər rahatlıqla töküləcək və tam yerini tapacaqdır. Bəzən sizin üçün PR etdiyini görə bilərsiniz. Qoç bürcü əlaqədə lider olmaq istər. Əkizlər isə dəyişən yəni uyğun xüsusiyyət daşıdığı üçün, bu vəziyyəti problem yaratmadan qəbul edər. Onsuz da onun başı öz proyektləri ilə kifayət qədər doludur. Sizin həmişə öz istəklərinizdə dirənməniz onu əsəbiləşdirsə də, bunu həmin an dilə gətirəcəkdir. Əkizlər əsla içinə atmaz və kin tutmaz. Atəş elementi Qoç üçün, hava elementi Əkizlərin varlığı təzə hava kimidir. Qiymətini bilin. Yataqda ehtiras və atəş qaynağı başda siz də olsanız, uyğunlaşma qabiliyyəti ilə sizin səviyyənizə dərhal gələcəkdir. Siz isə tələskənliyi buraxıb bir az yavaşlamalısınız. İkiniz də anlıq yasadığınız üçün, heç olmazsa birinizin gələcəklə əlaqədar ciddi planlar qurması vacibdir. Praktik sayılmazsınız və detallarla aranız yaxşı deyil.
  • Qoç və Xərçəng
  • Yengəc bürcü sizdən çox fərqlidir yenə də bu əlaqənin gələcəyi sizin davranışınıza bağlı olacaq. Yengəc köklərinə və ailəsinə çox bağlıdır, siz isə xarici dünyaya aidsiniz. Siz riskə girməyi sevər, yeni cəhdlərlə özünüzü sınamaq istəyərsiniz. Yengəc isə tam tərsdir, sizin atılımlarınız onu ürküdər. Sizin digər insanlar kimi maaşlı bir işdə işləməmənizə heyrət edər. Qoç bürcü bir şirkətdə işləsə belə, öz işinin başına keçmə planları qurur. Fürsət tapdığı anda azadlığına yelkən açacaqdır. Yengəc bürcü Qoçun niyə evdə otura bilmədiyi ilə maraqlanarkən, Qoç isə Yengəcin müvəffəqiyyət haqqında heç bir şey bilmədiyini düşünər. Qoç, Yengəcə müvəffəqiyyət üçün onun xəyal belə edə bilməyəcəyi qədər iş, səy, zaman və diqqət lazım olduğunu qışqıracaqdır. Yengəcdə də bir az ehtiras vardır, amma heç bir zaman sizin işinizə olan bağlılığınızı anlaya bilməyəcək. Fərqliliklərinizi aşa bilsəniz, Yengəc ilə xəyal belə edə bilməyəcəyiniz isti bir yuvanız, xoşbəxt bir ev həyatınız olacaq. Ən böyük xoşbəxtliyi evində tapan Yengəc çox yaxşı bir yoldaş və valideyndir. Onunla tez-tez ailə ziyarətləri edə bilərsiniz, ailə bağlarınızı gücləndirmək üçün buna dözməlisiniz. Fərqli təbiətiniz seks həyatınızda da ortaya çıxacaq. Yengəc romantik anlar gözləyərkən, siz yalnız ehtiras dolu olacaqsınız. Romantik olmayan təbiətinizlə onu xəyal qırıqlığına uğrada bilərsiniz. Romantik olmağa çalışın. Əhvalınız pozulduğunda gözünüz çöldə olar və eşqbazlıq etmək üçün fürsət axtararsınız. Bu tip impulslarınıza hakim olmalısınız, yoxsa onu itirə bilərsiniz. Yengəc romantik eniş çıxışlarla dolu həssas bir bürcdür. Duyğuları tez-tez dəyişər. Günlərlə hətta bəzən aylarla şən ikən, birdən-birə tam tərsi ola bilər. İçinə qapandığı zaman onu xaricə çevirəcək səbriniz yoxdur. Sizə görə çox qaraqabaq və qətiyyətsizdir. Bu vəziyyətdən şikayət etdiyiniz zaman ürəksizlik və maraqsızlıqla günahlandırıla bilərsiniz. Yengəc bürcünün tərk edilmə qorxusu vardır. Qoç bürcü isə azadlığını itirmək və məhdudlaşdırılmaqdan qorxar. Bu əlaqənin sürəbilməsi üçün ikinizin də həddindən artıq anlayışlı olmanız lazımdır. Milyonda bir də olsa sakit bir Qoç ya da romantik olmayan bir Yengəcə rast gələ bilərik. Yenə də realist olmaq gərək, bu əlaqənin davam etməsi üçün çox səy göstərməniz lazımdır. Az ehtimal davam edə bilsə, nəticə gözəl ola bilər. Qoç bürcü daha romantik, Yengəc isə daha canlı və macəra dolu bir həyata qovuşa bilər. Nəticə isə tamamilə ikinizin əlindədir.
  • Qoç və Şir
  • Bu əlaqə bənzər ruhların birliyi olacaq. Enerjili, həyəcanlı, güc dolu bir əlaqə sizləri gözləyir. Aslan bürcü sanki sizi xoşbəxt etmək üçün yaradılmışdır. Qızğın söhbətlər, parlaq fikirlər və macəra dolu bir əlaqə olacaq. Aslan bürcü sizin eşq eviniz olan 5. evinizin idarəçisidir və sizi çox xoşbəxt edə biləcək xüsusiyyətlərə malikdir. Ən çətin gününüzün sonunda belə sizi güldürə bilən, şən, comərd Aslana heyran olacaqsınız. İkiniz də atəş elementi olduğunuz üçün sərhədlərinizi aşaraq ətrafınızdakı dünyanı kəşf etmə impulsuna sahibsiniz. Atəş bürcləri çox yaradıcıdır, buna görə aranızda sonsuz fikir alış verişi olacaq. İkinizin də həyata dair ümidləriniz çoxdur, bu arzularınızı birlikdə reallaşdıra bilərsiniz. Aslan sevgiliniz romantik olduğu üçün sizə xoş sürprizlər hazırlayacaq. Bahalı və dəbdəbəli yerlərdə yemək yeməkdən və buralarda görünməkdən zövq alar. Görünüşünə əhəmiyyət verər, yaxşı geyinməyi sevər və eyni diqqəti sizində göstərmənizi istər. Aslan bürcü, başdan çıxarma ustasıdır. İdarə etməyi sevən Qoç olaraq, özünüzü bu dəfəlik onun əllərinə buraxsanız xoşbəxtliklə təslim olduğunuz ilk döyüşünüz bu ola bilər. Seksual birliyiniz alovlu, şirin və hər istiqaməti ilə mükəmməl olacaq. İkiniz də son dərəcə ehtiraslı və enerji dolusunuz. Aslan qadını və kişisi çox qürurludur, heç bir şəkildə aldadılmağı həzm edə bilməz. O da sizin kimi birinci olmaq istər, ikinciliyə dözümü yoxdur. İkiniz də praktik olmamaqla birlikdə çox məhsuldarsınız. Böyük ehtimalla kafi gəlirə sahib olacaqsınız. İkiniz birdən əlaqəni idarə etmək istədiyiniz üçün, iki müdirli bir ortaqlıq kimi olacaq. Buna görə aranızda həmişə gərginlik ola bilər. Aslanın inadlığından şikayət edə bilərsiniz. Siz ona görə bir az daha elastik olduğunuz üçün, bəzi vəziyyətlərdə sizin geri addım atmanız lazım gələcəkdir. Aslan və Qoçun döyüşü əsnasında qışqırıqlar və kükrəmələr eşidiləcək. Aslan kükrəməsi ilə Qoçu həzm edə bilər. Ən yaxşısı hadisələr böyümədən idarə altına almaq olacaq. Ən seksual və təhrik edici səs tonunuzla barışmayı təklif edin və əsla onun qürurunu qırmayın. Qüruru qırılan Aslana təskinlik vermək olduqca çətindir. Birliyinizin davamı üçün qətiliklə Aslanın qürurunu qırmamalısınız. Sanki Aslan bürcü sizin üçün yaradılmışdır, bir-birinizin ehtiyaclarını o qədər yaxşı anlarsınız. Bu şəhvətli pişikciyəzi əlinizdən qaçırmayın.
  • Qoç və Qız
  • Yoldaşlarınız, Qızdan nə fərqli olduğunuzu deyirlər. Siz bunu onsuz da lap əvvəlcədən bilirdiniz. Əlaqəniz hələ davam edirsə, bu yaxşı niyyət və əzminizin sayəsindədir. Bəzi şeylərin fərqinə varmalısınız. Qız sevgiliniz də, sizin kimi çox çalışqandır amma enerjilərinizi fərqli istiqamətlərdə istifadə edərsiniz. Qız bürcü səhər oyanar oyanmaz, gün boyu görmək lazım gələn işlərin planını qurmaqdadır. Bu işlərini bitirənə və qüsursuz hala gətirənə qədər məşğul olacaqdır. Məsuliyyət duyğusu və ehtirası ilə öz özünü motivasiya edər. Onu nəzarət edəcək bir müdirə ehtiyac duymadan işlərini tam və zamanında bitirər. Verdiyi sözlərə əhəmiyyət verər və kimsəni (ən başda özünü) xəyal qırıqlığına uğratmamaq üçün əlindən gələni edər. Siz hadisələri bütün olaraq görə bilərsiniz və daha atılqansınız. Qız isə detalda, təşkilat və nizam qurmada çox bacarıqlıdır. Qız sevgiliniz yanınızda ikən çox güclü ola bilərsiniz. Vəzifə duyğusu ilə dolu Qız sizə bitirmək lazım olan işləri xatırladacaq və hər istiqamətdən dəstək olacaq. O yanınızda ikən xəyallarınızı reallaşdıra bilərsiniz. Sizdən daha elastik olduğu üçün bir maneə ilə qarşılaşdığı zaman sizin kimi donub qalmaz, dərhal alternativ bir həll yolu tapar. Qız hər vaxt haqqlı çıxmağı bacarar və sizin gözünüzdən qaçan detalları əsla qaçırmaz. Bəzən, heç bir şeyin onu məmnun edə biləcək qədər qüsursuz ola bilməyəcəyinə inanarsınız. Unutmamalısınız ki Qız sizə çətinlik çıxartmaq üçün deyil, xarici dünyada parıldamanız üçün belə davranmaqdadır. Eqonuzu idarə altında tutub Qızın tövsiyələrini dinləsəniz çox müvəffəqiyyətli ola bilərsiniz. Bütün fövqəladə müvəffəqiyyətli Qoçların arxasında mehriban, vasvası bir Qız vardır. Yataqda prioritet sizdə olacaq. Qız daha utancaqdır və ilk adimi sizdən gözləyər. Qadın və kişiyə görə bu vəziyyət dəyişə bilər. Qoç qadını nə istədiyini bilər və çox həyəcan vericidir. Qız, Qoç üçün ideal bir yoldaşdır. Nəyi, nə vaxt istədiyini çox uyğun bir şəkildə dilə gətirə bilər. Əgər danışa bilmək bir əlaqənin onda doqquzu isə siz bunu bacarırsınız. Uzun bir iş gününün sonunda Qız bürcünü rahatlatmaq üçün əvvəl onu dinləyib sakitləşdirməlisiniz. Birliyiniz illərcə sürsə belə bu vəzifənizə laqeyd yanaşmayın. Ani instinktlərinizlə dərhal birlikdə olma səyiniz onu pərişan edə bilər. Lazım olan zamanı ayırıb onu başdan çıxarsanız, İkinizdə möcüzəli vaxt keçirərsiniz. Qoç bürcü sadiq deyil. Əxlaq qaydalarına və dəyər mühakimələrinə çox əhəmiyyət verən Qız isə belə bir şeyi əsla qəbul etməyəcək. Nə istədiyinizə qərar verin və boşuna ikiniz də kədərlənməyin. Çox səy göstərsəniz bu birlik sürəcək. Əlinizdən gələni edin.
  • Qoç və Tərəzi
  • Zərif Tərəzi ilə ya biri birinizi tamamlayaraq bütün olarsınız, ya da rəqib: ortası olmayacaq. Aralarında altı ay fərq olan bürclər bir-birinin ziddi olarlar. Zidd bürclər isə bir-birini çəkər. Fərqli qütbləri bir araya gətirməkdə bacarıqlı olan Tərəzi yaxşı bir diplomatdır. Tələskən Qoçun tərsi olaraq problemləri obyektiv şəkildə araşdırar, kiçik parçalara bölərək analiz edər və sonunda həll edər. Nəzakətli Venera tərəfindən idarə olunan Tərəzi son dərəcə siyasətçidir, ağızından əsla incidici bir söz çıxmaz. Bu xüsusiyyətləri ilə diplomatdır və digər tərəflərin rədd edə bilmədiyi uzun müddətli razılaşmalar təmin edər. Tərəzi ünsiyyətçi hava elementidir. Buna görə söyləyəcək sözləri və fikirləri heç bitməz. Hava Tərəzi, Qoçun atəşini alovlandıraraq daha canlı yanmasını təmin edəcəkdir. Canlı, işıqlı bir birlik olacaqdır. Siz fərdisiniz, Tərəzi isə ortaqlıqlar və evlilik bürcüdür. Sevgiliniz problemlərinizə ədalətli həllər təklif edərkən sizin də diktator xasiyyətinizdən imtina etməniz lazım gələcək. Tərəzi evli ikən daha xoşbəxtdir və yoldaşını tərk etməz. İkinizdə iddialısınız, amma bunu fərqli şəkillərdə əks etdirərsiniz. Tərəzi xoşluğu və cazibəsi ilə istəklərini etdirməyə çalışar və uzlaşma təklif edər. Qoç isə terror yaradaraq qarşısındakını əzməyə çalışar. Bu fərqli üsulunuz üzündən başınız bəlaya girə bilər, siz də Tərəzinin taktikasını tətbiq etməlisiniz. O da sizin qədər əzmli və qərarlıdır, amma sizdən daha hiyləgərdir. Təxmininizin tərsinə Tərəzi də hökm etməyi sevir. Sevgiliniz bütün bacarığını istifadə edərək, şirinliklə sizi elə bir aldadar ki, fərqinə belə varmadan, xoşbəxtliklə onun dediklərini etməyə başlarsınız. Ondan çox şey öyrənə bilərsiniz. Yataqda çox tələskənsiniz. Yavaşlamalı və onun istəklərini göz önünə almalısınız. Xüsusilə ən başda hərəkətlərinizə diqqət yetirin, səbirsiz davranışlar göstərməyin. Venera tərəfindən idarə olunan Tərəziyə diqqət göstərin. Görünüşünə əhəmiyyət verər və sizi də elə görmək istər. Onunla görüşmədən əvvəl üstünüzə başınıza diqqət yetirməyi unutmayın. İyirmi il belə evli olsanız, evin içində çirkli şəkildə gəzməməlisiniz. Özünüzə baxıb, idman etməyə də laqeyd yanaşmasanız, sizi cazibədar hesab edəcək və sizinlə qürur duyacaqdır. Tərəzinin hamisi Venera ilə Qoçun hamisi Marsın birliyi müdhiş olacaq. Bu ikilinin arasında böyük bir seksual uyğunlaşma və cazibə vardır. Marsın atəşi ilə Veneranın erotikliyi bir yerdə ən seksual əlaqəni meydana gətirər.
  • Qoç və Əqrəb
  • Mars tərəfindən idarə olunan bu iki bürcün birliyi alovlu, ehtiraslı və gurultulu olacaq. İkiniz də heç bir şeyi yarı könüllü etməzsiniz. İkinizin də qüvvətli inancları və fikirləri vardır. Astrolojik baxımdan çox uyğun sayılmasınızsa da çox səylərsinizsə əyləncəli bir əlaqəniz ola bilər. Yataqda İkinizdə doymaq bilməyən bir iştaha sahibsiniz. İkinizdə sonsuz ehtiras və enerjiyə sahib olduğunuz üçün bir-birinizdən çox zövq alarsınız. Əqrəb bürcünün duyğuları daha dərindir və sizin onu anlamanızı istəyəcək. Onun duyğularına əhəmiyyət verin və anlamağa çalışın. Əqrəb ilə özünüzü tapıb bütün fantaziyalarınızı reallaşdıra bilərsiniz. Sevgiliniz bu mövzuda sizdən daha həssas və bacarıqlıdır, ondan çox şey öyrənə bilərsiniz. Əqrəb bürcü sizə sadiq olacaq və eyni sədaqəti sizdən də gözləyəcək. Onu əlinizdə tutmaq istəyirsinizsə gözünüz çöldə olmamalıdır. Kiçik eşqbazlıqlar, macəralar və orada burada gecələmək sizə çox əyləncəli gəlir. Birinə bağlanıb, onun sadiq sevgilisi olmaq bəlkə də sizə görə deyil. Əlaqənizin başında nə istədiyinizə qərar verməlisiniz. Bir Əqrəb bürcünə asıq oldunuzsa və əgər yuxarıdakı mövzulara diqqət göstərə biləcəksinizsə buna dəyəcək, birliyiniz çox şən ola bilər.
  • Qoç və Oxatan
  • Macəranı çox sevirsiniz, buna görə də Oxatan ilə bir-birinizi tapmanız təəccüblü deyil. Birlikdə Afrikada safari gəzintiləri, ortaq bir mövzuda birlikdə dərs almaq, nə etsəniz edin bu əlaqə çox əyləncəli olacaq. İkinizdə atəş elementləri olduğunuz üçün tükənmək bilməyən fikirləriniz var və ətrafınızdakı dünyayla maraqlanırsınız. Hər baxımdan çox uyğunsunuz. Ən sonunda özünüz kimi idealist birinə qovuşdunuz. Alovlu fikir mübadilələrinizlə birliyiniz rəngli olacaq. Oxatanla birlikdə dünyanı yaxşılaşdırmaq üçün ortaq bir məqsəd üçün çalışa bilər ya da sıfırdan bir işə başlayıb onu nəhəngləşdirə bilərsiniz amma ikiniz də praktik sayılmazsınız. Doğum xəritələrinizdə torpaq bürclərindən biri yəni Qız, Oğlaq, ya da Buğa varsa çox daha çox müvəffəqiyyətli ola bilərsiniz. Oxatan sizdən daha elastik və uyğundur. Siz isə uzlaşmağı bacara bilməzsiniz. Aranızda bir anlaşılmazlıq olduğunda ümumiyyətlə Oxatan geri addım atacaq və bunu çox da dərd etməyəcək. Yenə də çox irəli getsəniz açıq sözlülüyü ilə sizi həmin dəqiqə özünüzə gətirəcək. Əlaqənizin müvəffəqiyyətli olma səbəblərindən biri də budur. Aranızdakı ünsiyyət sürətli, güclü və sevgi doludur. Oxatan ilə bir-birinizə kinlənməzsiniz və hər vaxt açıqsınız. İkiniz də idman etməkdən və limitlərinizi aşmaqdan zövq alarsınız. Məşq etmək seksdən əvvəl yaxşı bir başlanğıc olacaq. İkiniz də hərəkət etdikcə daha enerjili olarsınız. Oxatan ilə anlıq sürprizlərdən xoşlanarsınız. Planladığınızı gözləyə bilməyəcək qədər səbirsizsiniz. Seks həyatiniz onunla hər vaxt həyəcanlı olacaq. Oxatan subaylar bürcü olaraq bilinir və çətin bağlanar. Evlilik fikirinə alışsa belə bu zaman alacaq. Oxatan ilə birlikdəsinizsə əlaqənizin təbii olaraq evliliyə gedəcəyini zənn etməyin. Əslində siz də azadlığınızı itirmək istədiyinizdən əmin deyilsiniz. Oxatanın optimist və həyəcanlı təbiətinə heyran olacaqsınız. O da sizin sərhədsiz olmaq anlayışınıza heyrandır. Birlikdə həyata dörd əllə sarıla bilərsiniz. Oxatan sizin üçün yaradılmışdır deyə bilərik.
  • Qoc - Oglaq
  • Həyatda fərqli dünyagörüşləri olan fərqli kəslərsiniz. Bir Qoç olaraq bu qədər planlı bir əlaqəyə dözə bilməz, üsyan edərsiniz. Siz bir atəş elementi olaraq sərhədləri aşmaq, başqalarının çəkindiyi mövzuları qurdalamaq istəyərsiniz. Torpaq elementi Oğlaq isə praktika və təhlükəsizlik deməkdir. Böyük ehtimalla onun yaxşı bir işi vardır. Ümumiyyətlə böyük firmalarda müvəffəqiyyətli və yaxşı bir mövqeyə sahibdirlər. Etdikləri işlə tanınmaq onlar üçün əhəmiyyətli olduğundan işlərində ağır məsuliyyətlər alar və şöhrət qazanarlar. Siz həmişə yeni, həyəcanlı fikirlər ortaya qoyarkən, Oğlaq tədbirlidir və addımlarını düşünərək atar. Optimist təbiətinizlə hər pis gündən sonra işıqlı günlər gözləyərkən, Oğlaq sizi ən pisinə hazırlamağa çalışar. Bir-birinizi tarazlayırsınızsa da bu sizin mənəviyyatınıza zərər verə bilər. Yenə də ikinizin müsbət xüsusiyyətləri bir araya gəldiyi zaman (sizin atılqanlığınız və Oğlağın quruculuğu) möhkəm təməllər meydana gətirə bilərsiniz. Atəş Qoç ilə torpaq Oğlaq bürcünün birlikdəliyi yataqda yaxşı ola bilər. Onu nə qədər uzun zamandır tanısanız tanıyın, başdan çıxarmaq üçün tələskənlik etməyin və lazımi vaxt ayırın. İşgüzar Oğlaq insanının seksə hazır ola bilməsi üçün, rahat olmağa və beynini boşaltmağa ehtiyacı vardır. Oğlaq günün iyirmi dörd saatı işini və məsuliyyətlərini düşünər. Əvvəlcə onu bu düşüncələrindən uzaqlaşdırıb sakitləşdirməniz lazımdır. Qoç olaraq ehtiraslı və tələskənsiniz, amma ona zaman tanımalısınız. Oğlaq daha bağlıdır, onu səbirlə aça bilsəniz, nəzakətli və həssas istiqamətləri ortaya çıxacaq. Bu əlaqənin sürməsi üçün göstərdiyiniz səylər nəticəsində həyəcanlı anlar yaşaya bilərsiniz. Onunla olan birlikdəliyiniz sayəsində xəyalını qurduğunuz sərvətin sahibi ola bilərsiniz. Təşəbbüskar və atılqansınız amma eyni zamanda hesabsızca risk edər, buna görə öz başınıza müvəffəqiyyətli olmaya bilərsiniz. Əlaqəni Oğlaq idarə etsə sabit amma dinc, siz idarə etsəniz dağınıq amma canlı olacaq. Yalnız Oğlaq bürcünün təşəbbüsündəki bir əlaqə isə çox darıxdırıcı ola bilər. İdarə tamamilə sizdə olsa bu dəfə Oğlaq yorulacaq və narahat olacaq. Orta yolu tapıb uzlaşa bilsəniz ikiniz üçün də yaxşı olacaq.
  • Qoc - Dolca
  • Dolça bürcü sanki sizin üçün yaradılmışdır. Dolça ilə macəra dolu bir həyatınız olacaq. Dolçanın sirrli laqeyd rəftarı, iti analitik zəkası və yenilikçi davranışı sizə çox cazibədar gəlir. Dolça sizin üsyankar xarakterinizə çox uyğundur. Birlikdə dünya səviyyəsində işlər bacara bilərsiniz. Dolçanın rolu cəmiyyətlərin düşüncə sistemlərindəki səhvləri ortaya çıxarmaq və dünyanı daha yaxşı yaşana bilər bir hala gətirməkdir. İkiniz də cəmiyyətin təzyiqini əhəmiyyətsiz hesab etdiyiniz üçün azad hərəkət edərsiniz. Eyni dili danışarsınız və gələcəyə dönüksünüz. Sabahın keçmişdən daha yaxşı olduğuna inanarsınız. Dolça hava, siz atəş elementi olduğunuz üçün çox yaxşı razılaşarsınız. Əlaqənizdə hər şeydə olduğu kimi siz lider olmaq istəyərsiniz. Azadlığına düşkün, başı öz işləri ilə dolu Dolça isə buna çox fikir verməz. İkiniz üçün də azadlığınız çox əhəmiyyətlidir. Dolça evlənərək fərdiyyətini itirməkdən qorxar. Qoç da Dolça da bir-birlərini sıxmazlar. İkiniz də elastik xarakterə sahib olmadığınız üçün razılaşa bilmədiyiniz bir mövzuda heç cür orta yolu tapa bilməzsiniz. Dolçanın sürprizlərlə dolu seks həyati sizi çox cəzb edər. Aşiqinizin sizə hər gün başqa bir sürpriz hazırlaması çox xoşunuza gələr. Yenə də ona yaxınlaşmaq çətin olacaq və başınız qarışacaq. Cazibəli və dostca davranan Dolça əslində aranızdakı məsafəni qorumaqdadır. Bu, məsafələri asanlıqla aşa bilən Qoç üçün aşıla bilməyəcək bir çətinlik deyil. Qoç da, Dolça da əlaqələrində azad olmağı istədiklərindən qarşısındakılara da eyni azadlığı verərlər. Təzyiq etməyə meylli kəslər bu əlaqədə xlostrofobik təsirə malik olacaqlar. Nə vaxt nə edəcəyi müəyyən edilə bilməyən Dolça bürcünü anlamaqda bəzən çətinlik çəkə bilərsiniz. Unutmayın ki sizi başda ona çəkən xüsusiyyətlərindən biri də bu idi. Dolça ilə olan birliyiniz canlı, şən və möcüzəli olacaq.
  • Qoç və Balıqlar
  •   Balıq bürcü, sevgilisinin ona dəstək olmasını istər, siz isə bunu asanlıqla edə bilərsiniz. Balıq insanı yumşaq, fədakar və yaradıcıdır. Əlaqənizdə təşəbbüsün özündə olmasını istəməz və idarəni məmnuniyyətlə sizə buraxar. Balıq bürcü gündəlik işlərini edərkən belə başı həmişə başqa bir yerdədir. Onun ətrafına etdiyi fədakarlıqları gördükcə çaşacaq, insanların ondan istifadə etdiklərini fərq edincə də dəhşətə düşəcəksiniz. O isə bunu fərq etsə belə, əhəmiyyətsiz hesab edəcək və insanlara kömək etmənin daha əhəmiyyətli olduğunu müdafiə edəcək. Balıq sizin anlamaqda çətinlik çəkdiyiniz uca mənəvi dəyərlər üçün yaşamaqdadır. Qoç isə "hər şeydən əvvəl mən" deyən Zodyakdakı birinci bürcdür. Balıq isə özündən başqa hər kəsə prioritet verən sonuncu yəni on ikinci bürcdür. Balıq özündən əvvəl gələn on bir bürcün qarışığıdır və universal sevgini idarə edər. Bəzi astroloqlar Balıqların "yaşlı ruhlar" olduqlarını, əslində onların daha əvvəl digər bürclərdə yaşamış olduqlarını və daxili mənəvi işığa sahib olduqlarını söyləyərlər. Sizin üçün əhəmiyyətli olan şeylərin çoxu onun üçün əhəmiyyətsizdir. Balıq bürcü daha çox mənəvi dəyərlərlə əlaqədardır. Yenə də sizin odlu – alovlu təbiətinizə və dürüstlüyünüzə heyran olar. Onu tənqid etməyin, Balıq çox insanpərvərdir. Sizin vecinizə belə olmayan şeylər ona əzab verə bilər. Balıq sizə yapışıb həmişə bir şeylər istəməyəcək. Onun yaradıcı və zəngin bir daxili dünyası vardır. Sizinlə birlikdə qonaqlıqlara, yeməklərə getməkdən zövq alacaq, daha sonra da xoşbəxt bir şəkildə öz daxili dünyasında istirahətə çəkiləcəkdir. Başqalarının problemlərini özününmüş kimi dərd etdiyi üçün hərdənbir tək qalıb özünü toplamağa ehtiyacı vardır. Tək qaldıqca enerjisi yeniləndiyi üçün köhnə gücünü qazanana qədər bir küncdə gizlənmək istər. Yığışdıqdan sonra yenə hər kəsin dərdlərini boynuna götürmək üçün çölə açılar. Həqiqətən tam olaraq nə olduğunu anlaya bilmədiyiniz, amma hiss edə bildiyiniz cadulu, dərin və filosofik bir təbiəti vardır. İç dünyasına girməyi bacarsanız, kimsənin bilmədiyi bu zəngin dünyaya heyran qala bilərsiniz. Eşq həyatiniz göz qamaşdırıcı olacaq. Eşq onun üçün xoşbəxt sonla bitən ovsunlayıcı bir nağıldır. Həyatın acı gerçəkləri ilə qarşılaşınca heyrətə düşər. Evliliyi illər sürsə belə, hər vaxt əl üstündə tutulmaq, çox sevilmək istər. Seksdə fiziki arzunuz daha ön planda, duyğularınız daha geridə isə, Balıq sizə cavab verməyəcək. Bunu gizləməyə çalışsanız da, o gerçək niyyətinizi hiss edəcək. Birliyinizdə, onun dərin duyğularına niyə cavab vermədiyinizlə maraqlanacaq. Onun kimi dərin duyğulara sahib olmadığınızı anlamaqda da çətinlik çəkəcəkdir. Balıq bürcünün sizə qarşı olan bağlılığından zövq alın. Balıq çox vaxt kimsənin onu anlamadığının fərqindədir. Ona diqqət göstərin və incitməyin. Balıq insanını qırdığınız zaman sizi heç xəbərdar etmədən, geri gəlməmək üzrə tərk edəcək. Balıq, bir əlaqənin özünə görə olmadığını anladığı an tərk etmə gücünə malikdir. Ona özünüzə davranılmasını istədiyiniz kimi diqqətlə yaxınlaşsanız, saf eşqini və özünü qeydsiz şərtsiz sizə təslim edəcəkdir.

gundelik burcler

Digərləri