26 Sentyabr 2020 gündəlik bürc

26 Sentyabr 2020 gündəlik bürc

Admin 26.09.2020 - 08:59 Category
26-sentyabr-2020-gundelik-burc

Emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın.

  • Qoç - emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin. İdeyalarınızı təxirə salmadan reallaşdırın.
  • Buğa - rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun.
  • Əkizlər - şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar. Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.
  • Xərçəng - çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.
  • Şir - öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz.
  • Qız - idmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin. Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.
  • Tərəzi - nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır. Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər.
  • Əqrəb - məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin.
  • Oxatan - maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.
  • Oğlaq - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın. Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.
  • Dolça - alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
  • Balıqlar - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.

gundelik burcler

Digərləri